XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 February 2018 - 00:44

Suvarma Sistemləri İdarəsinin rəisi öz işçisini döydü –İş icraçısı xəstəxanaya yerləşdirildi

Goranboy rayonunda iş icraçısı döyülüb.

Strateq.az "Report"a istinadən xəbər verir ki, nəticədə 1973-cü il təvəllüdlü Qızılhacılı kənd sakini Allahverdiyev Sadiq Yaşar oğlu boyun nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsində iş icraçısı kimi fəaliyyət göstərən S.Allahverdiyev idarənin rəisi Gündüz Bağırov tərəfindən döyülüb.

 Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.