XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 February 2018 - 13:50

PYD Hələbin mərkəzindəki mövqelərini Əsəd rejiminə təslim etdi –Afrinə görə

PYD terror qruplaşması Hələbin mərkəzində nəzarət etdiyi mövqeləri Bəşər Əsəd rejiminə təhvil verib.

Bu addımın PYD-YPG-Əsəd ittifaqının Afrinlə bağlı razılığı əsasında atıldığı iddia edilib.

Məlumata görə, Hələbdə nəzarəti Əsəd rejiminə təhvil verən PYD terrorçuları Afrin istiqamətində yola düşüb.

Qeyd edək ki, YPG-PYD terror qruplaşmalarının Afrinlə bağlı Əsəd rejimi ilə razılıq əldə etdiyi, bu razılıq əsasında Suriya ordusunun Afrinə daxil olacağı bildirilmişdi/Axar.az.