XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

22 Fevral 2018 - 15:46

ABŞ səfirliyinə qumbara atan ordu zabiti çıxdı –Vaxtı ilə təhlükəsizlik sahəsindəki xidmətlərinə görə medal da alıbmış

Monteneqronun Podqoritsa şəhərində yerləşən ABŞ səfirliyinin həyətinə qumbaranı Yuqoslaviya ordusunun keçmiş üzvü, 43 yaşlı Dalibor Yaukoviç atıb.

Bu barədə "RİA Novosti" xəbər verib.

D.Yaukoviçin "Facebook" səhifəsində onun Yuqoslaviyanın "müdafiə və təhlükəsizlik sahəsindəki xidmətlərinə görə" medalı ilə təltif edildiyi göstərilib. Təltif diplomunu dövlətin həmin vaxt prezidenti olmuş Slobodan Miloşeviç imzalayıb. Paylaşımlara əsasən, D.Yaukoviç Monteneqronun NATO-ya daxil olmasının əleyhinə olub.

Xatırladaq ki, dünən gecə D.Yaukoviç Podqoritsadakı ABŞ səfirliyinin həyətinə partlayıcı qurğu, ehtimal ki, qumbara atıb və sonra intihar edib. Hücumun motivləri müəyyənləşdirilir/Report.