XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 February 2018 - 15:57

ATƏT-də gözlənilməz istefa –Cənubi Qafqaz üzrə xüsusi nümayəndə vəzifədən getdi

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin istefa verib.

Bu barədə o, bu gün Vyanada ATƏT PA-nın qış sessiyasında hazırladığı yekun hesabatın təqdimatı zamanı bildirib.

K.Vigenin deyib ki, ATƏT PA-nın prezidenti Gerogi Tsereteliyə bu gün yerli vaxtla saat 12:00-dan xüsusi nümayəndə vəzifəsindən istefa etməsi barədə müraciət edib.

O, istefa verməsinin səbəbini bütün səyini Siyasi Məsələlər və Təhlükəsizlik komitəsindəki məruzəçi vəzifəsinə yönəlmək niyyəti ilə əlaqələndirib./APA/