XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

22 Fevral 2018 - 18:22

Türkiyə ordusu daha iki kəndi PYD-dən təmizlədi –Afrin əməliyyatı

Türkiyə ordusu Azad Suriya Ordusu ilə birlikdə bu gün Afrində daha 2 kəndi  PYD və YPG terrorçularından təmizləyib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ordu Afrində Sarı Uşağı və Rahmanlı kəndlərini də azad edib: "Bununla da azad edilən yaşayış məntəqələrinin sayı 96-ya çatıb".

Qeyd edək ki, bu gün səhər Afrində daha 5 kənd də azad olunub.

Onu da qeyd edək ki, Afrində 360-a yaxın yaşayış məntəqəsi var.