XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

22 Fevral 2018 - 18:37

Bu şəxslərin aylıq təqaüdü 40 və 50 manat artırıldı –Sərəncam

Bu gün Prezident İlham Əliyev "Fəxri adlara görə aylıq təqaüdlərin artırılması" və "Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında”  qanunalara dəyişik edilməsi haqda sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə belə qərar verilib:

1. Fəxri adlara görə aylıq təqaüdlərin məbləği 2018-ci il martın 1-dən artırılaraq "Xalq” fəxri adı üçün 150 (yüz əlli) manat, "Əməkdar” fəxri adı üçün 100 (yüz) manat müəyyən edilsin.

2. "Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 609, № 11, maddə 1013; 2007, № 4, maddə 361; 2013, № 8, maddə 975, № 11, maddə 1454) 1-ci hissəsinin birinci abzasında "100 manat” sözləri "150 manat” sözləri ilə, "60 manat” sözləri "100 manat” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.