XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 February 2018 - 22:16

Aparıcı ilə politoloq canlı yayımda əlbəyaxa davaya çıxdı –VİDEO

Rusiyanın NTV telekanalında canlı yayımlanan “Mesto vstreçi” (Görüş yeri) proqramında aparıcı Andrey Norkin və ukraynalı politoloq Dmitri Suvorov arasında əlbəyaxa dava olub.

İnsident Ukraynanın Donbas bölgəsindəki vəziyyətin müzakirəsi zamanı baş verib.

Belə ki, Donbasa səfər etmiş almaniyalı deputat Andreas Mauer bölgədə münaqişə nəticəsində yüzlərlə uşağın öldüyünü iddia edib. Buna sərt reaksiya verən ukraynalı politoloq Dmitri Suvorov ölən uşaqların şəkillərini təqdim etməyi tələb edib.

Aparıcı Andrey Norkin politoloqa yaxınlaşaraq onun çiynindən tutub və bu zaman onların arasında dava düşüb.

Davaya bir neçə şəxsin də qoşulduğu bildirilir/APA.