XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

23 Fevral 2018 - 16:40

Həyat yoldaşı İsa Qəmbərin səhhətindən danışdı:“Proses 2-3 gün çəkəcək"

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Bakıdakı Mərkəzi Klinik Xəstəxanadadır.

Fevralın 23-də Novator.az-a danışan həyat yoldaşı Aida Qəmbər deyib ki, İsa Qəmbər xəstəxanaya dünən müraciət edib və bu gündən müayinələr təyin olunub: “Belə müayinələrin olacağı 20 gün əvvəldən bəlli idi, ona görə də xəstəxanaya müraciət etdik. Həkimlərin dediyinə görə, proses iki-üç gün çəkəcək. Yəqin İsa bəy qarşıdakı bazar ertəsi evə buraxılacaq. Səhhəti qaydasındadır, heç bir problem aşkar edilməyib”.

İsa Qəmbər yanvarın 13-dən 18-dək Mərkəzi Klinik Xəstəxanada ürəyindən müalicə olunub, sonra müalicəsini evdə davam etdirib.

Fevralın 24-də İsa Qəmbərin 61 yaşı tamam olur. O, 1988-1991-ci illərdə milli azadlıq hərəkatının liderlərindən biri, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. 1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.