XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 February 2018 - 15:41

Keçmiş baş prokuror həbs edildi- Özbəkistanda

Özbəkistan Baş Prokurorluğu keçmiş baş prokuror Raşitjon Kadirov saxlanılıb.

Trend-in məlumatına görə, Raşitjon Kadirov rüşvətxorluq, hakimiyyət səlahiyyətlərindən sui-istifadə və mənimsəmə maddələri üzrə ittiham edilir.

Kadirov 2000-2015-ci illərdə Baş prokuror işləyib, sonra isə Konstitusiya məhkəməsinin hakimi seçilib (2015−2017).

Hazırda faktla bağlı təhqiqat aparılır.