Türkiyə ordusu Afrində “Zeytun budağı” əməliyyatı şərçivəsində daha 67 YPG/PYD terrorçusunu məhv edib.
Strateq.az Türkiyə mediasına istiandən xəbər verir ki, axşamdan davam edən əməliyyat zamanı daha 5 kənd PYD/YPG terrorçularından azad edilib: "Afrinin şimal-qərbində yerləşən Şeyx Məhəmmədəli, Dudu, Semalık, Velikli və Kavanda kəndləri də terrorçulardan təmizlənib. Bununla da əməliyyatların 37-ci günündə məhv edilən terrorçuların sayı 2018-ə çatıb".