XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

25 Fevral 2018 - 12:25

Tramp 50 dəqiqəlik söhbətdə hövsələdən çıxdı və… –Meksika prezidentinin səfərinin təxirə salınma səbəbi bilindi

Meksika Prezidenti Enrike Penya Nyeto amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.

Bununla bağlı ABŞ tərəfi məlumat yayıb.

50 dəqiqə davam edən telefon danışığı gərgin keçib. Tərəflər ABŞ-Meksika sərhədində tikilən divarla bağlı razılığa gələ bilməyiblər. Bu səbəbdən Meksika prezidenti ABŞ səfərini təxirə salıb.

Məlumata görə, danışıqlar zamanı Tramp Nyetonu razı sala bilmədiyi üçün hövsələdən çıxıb və bu səbəbdən gərginlik daha da artıb.

Qeyd edək ki, Tramp divarın tikintisinə Meksika tərəfinin də maliyyə ayırmasını tələb edib/Teleqraf.com.