XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

25 Fevral 2018 - 12:38

“Rusiya, Çin və İranla əlaqələrinə görə İslamabada təsir edə bilmirik” –ABŞ-dan sensasion hesabat

Pakistanın Rusiya, Çin və İranla əlaqələrinin güclənməsi Vaşinqtonun İslamabad üzərində təsirinə mane olur.

Bu barədə ABŞ Dövlət Departamentinin Baş Müfəttişlik İdarəsinin hesabatında deyilib.

“Çin, Rusiya və İran Pakistanla əlaqələri davam etdirir və bu da ABŞ-ın ölkəyə təsirinə və potensial cəzalandırma mexanizmlərinə mənfi təsir göstərir”, – hesabatda qeyd olunub.

Qeyd edək ki, bölgədə yaranan gərgin vəziyyətdən çıxış yolu kimi ABŞ hökuməti Əfqanıstanda təsirinin gücləndirilməsi istiqamətində işlərə başlayıb/Axar.az.