XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

25 Fevral 2018 - 16:14

Avropanın mərkəzində Xocalı aksiyası –FOTOLAR

Avstriyanın paytaxtı Vyana şəhərində “Xocalıya ədalət” aksiyası keçirilib.

Qraben küçəsində keçirilən aksiyaya çoxlu sayda həmvətənimiz və türklər qatılıb.

Tədbirin təşkilatçısı Avstriya Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəş Dağlıq Qarabağda yaşanan zülmün bəşəriyyətin gözləri önündə baş verdiyinə və hal-hazırda Avropa başda olmaqla bəynəlxalq ictimaiyyətin məsələnin həlli istiqamətində ədalətli mövqe nümayiş etdirmədiyinə diqqət çəkib.

“Biz ədalət istəyirik, torpaqlarımızın geri qaytarılmasını istəyirik. Xocalının soyqırım olaraq tanınmasını istəyirik. Xocalıda şəhid edilən vətəndaşlarımızın haqlarının verilməsini istəyirik”, – Günəş bildirib/Axar.az.