XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

16 Aprel 2015 - 07:55

İki icra başçısı yoxlanıldı – Rəsmi
Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib.
Palatadan Strateq.az-a daxil olan məllumata görə, iclasda Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutuna, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Bakı şəhəri Xətai rayonu və Xızı rayon icra hakimiyyətlərinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri barədə hesabat və rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib:
Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında, həmçinin Naxçıvan Muxtar Respublikasının büdcəsindən Naxçıvan şəhər 3 nömrəli Mənzil İstismar İdarəsinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə, həmçinin digər mənbələrdən daxilolmaların icrasına dair audit proqramı təsdiq edilib”.