XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

25 Fevral 2018 - 18:54

Rusiya Qış Olimpiadasına kiber hücum təşkil edib… –ABŞ-dan sensasion iddia

ABŞ xüsusi xidmət orqanları Cənubi Koreyada keçirilən Qış Olimpiya oyunlarına Rusiyanın kiber hücum təşkil etdiyindən şübhələnir.

Bu barədə “Vaşinqton Post” ABŞ kəşfiyyat orqanlarında olan mənbəyə istinadən informasiya yayıb.

Məlumata görə, Rusiyanın hərbi kəşfiyyat idarəsinin Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunları ilə bağlı olan 300-ə qədər kompüterə çıxışı olub. Kiber hücum təşkil edən Rusiya bunu Şimali Koreyanın üstünə atmaq istəyib. Rusiyanın həmçinin Qış Olimpiya Oyunlarının bağlanış mərasimini təxirə salmaq üçün növbəti kiber hücuma hazırlaşdığı bildirilib.

Qeyd edək ki, Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən 2018-ci il Qış Olimpiya Oyunlarının açılış mərasimində internet bağlantısı ilə bağlı ciddi problemlər müşahidə edilmişdi/Axar.az