"PYD-nin rəhbəri yaxalandı. İstəyimiz odur ki, Çexiya onu bizə təslim etsin və ədalət yerini tapsın".
Bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Şanlıurfada çıxışı zamanı deyib.
“Bunlar ümməti bölüb, parçaladılar. Ona görə biz terrorçulara qarşı mübarizə aparırıq. Bizim kürd qardaşlarımızla problemimiz yoxdur. Afrin yavaş-yavaş təslim olur. Fəth yaxındır. İnşallah, Afrinin fəthini gözləyirik. Biz həmişə “Ey Amerika, bu adamı deportasiya et. Bu adamı saxlasan, ittifaqımıza xələl gələr” demişik. İndi də deyirik, – dövlət başçısı bildirib/Axar.az.
Xatırladaq ki, PYD lideri Saleh Müslüm bu gün Praqda saxlanılıb.