XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

26 Fevral 2018 - 00:02

Stokholmda Xocalı soyqırımı ilə bağlı mitinq keçirilib –FOTOLAR

İsveçin paytaxtı Stokholmda Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə mitinq təşkil edilib.

İsveçdəki Azərbaycan diaspora təşkilatı olan Azərbaycan İsveç Federasiyası tərəfindən keçirilən tədbir, bu ölkənin parlamentinin qarşısında baş tutub.

Mitinqdə Azərbaycan və türk diasporunun nümayəndələri və media mənsubları iştirak ediblər.

Tədbir iştirakçıları əllərində Xocalı qətliamı ilə bağlı plakatlar tutaraq paytaxt Stokholmun mərkəzi küçələrində şəhər sakinlərinin diqqətini Ermənistan tərəfindən Xocalının dinc azərbaycanlı əhalisinə qarşı törədilmiş vəhşiliklərə cəlb edib, soyqırımını əks etdirən fotolar nümayiş etdirib və qətliam haqqında isveç və ingilis dillərində nəşr olunan bukletlər paylayıblar.

Mitinqdə çıxış edənlər Ermənistanın Azərbaycana qarşı başladığı müharibədən və 26 il əvvəl erməni hərbi qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımından danışıblar. Qeyd olunub ki, həmin gecədə erməni hərbçilərin hücumu nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirilib, 1275 mülki sakin əsir götürülüb. Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunub və minlərlə insan həlak olub, bir milyondan çox əhali isə qaçqın və məcburi köçkünə çevrilib.

Mitinqdə “şəhidlər ölməz vətən bölünməz”, “Qarabağ bizimdir bizim olacaq”, “erməni işğalına son” kimi şüarlar səsləndirilib.

Mitinqin sonunda İsveç ictimaiyyətinə Xocalı soyqırımı ilə bağlı müraciət oxunub/Azərtac.