XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 February 2018 - 00:47

 Britaniyada güclü partlayış:bütün xilasetmə xidməti hadisə yerində, yaralılar var - VİDEO

Britaniyanın Lester şəhərində baş vermiş partlayışda xəsarət alanların sayı 6-a çatıb.

"Report" "RT"ə istinadən xəbər verir ki, bu barədə yerli tibb müəssisəsinin "Twitter"ində bildirilir.

"Lesterin kral xəstəxanasına hadisə yerindən 6 nəfərin çatdırılmasını təsdiqləyə bilərik. Yaralılardan 2-i kritik vəziyyətdədir", – deyə məlumatda bildirilir. 

Qeyd edək ki, ötən gün Lester şəhərində ərzaq mağazasında partlayış baş verib. Nəticədə ikimərtəbəli bina dağılıb.

***

Britaniyanın Lester şəhərində güclü partlayış baş verib.

Bu barədə RİA "Novosti" yerli polisə istinadən məlumat yayıb.

"Saat 19:19-da Lester şəhərində, Hinkli-roudda güclü partlayış olub. Bütün xilasetmə xidməti hadisə yerində işləyir. Karlaysl-strit və Hinkli-rioudun bir hissəsi bağlanılıb. Xahiş edirik hadisə yerindən uzaq olun", – deyə məlumatda bildirilir.

Təfərrüatlar açıqlanmır. Xəsarət alanlar barədə məlumat yoxdur/Report