XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 February 2018 - 13:05

Türkiyənin xüsusi təyinatlı qüvvələri Afirinə daxil oldu:"Küçə döyüşlərinə girəcəklər"

Türkiyə Afrinə bu gün etibarı ilə yeni qüvvələr yeridib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaziantepdən toplanan Jandarma və Polis Xüsusi Təyinatlı dəstələr  bu gün Afrinə daxil olublar: "Xüsusi təyinatlılar Kilis Gülbaba və Hatay Hassa sərhədindən Afrinə girdilər. Onların əsas işi azad olunan kənd və qəsəbələrə PYD terrorçularının sızmasına imkan verməməklə yanaşı, təmizlənən ərazilərdə sabitliyi və təhlükəsizliyi qorumaq olacaq. Növbəti mərhələdə isə onlar məhəllə, küçə döyüşlərinə girəcəklər".

Türkiyə mətbuatı xəbər verir ki, xüsusi təyinatlıların bölgəyə yeridilməsinin əsas səbəbi Afrinin mərkəzi küçələrinin terrorçulardan təmizlənməsinə hesablanıb: "Jandarma və Polis özəl dəstələri ölkənin şərqində PKK ilə küçə döyüşlərində xüsusi təcrübə qazanıblar. Ona görə də onların Afrin mərkəzində həyata keçiriləcək əməliyyata daxil olacağı gözlənilir".

Strateq.az