XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

27 Fevral 2018 - 10:59

Amerika Türkiyəni hədələdi:"Əgər Moskvadan S-400 raketi alsa, sanksiyalar tətbiq ediləcək"

Ankara Moskvadan S-400 zenit-raket kompleksləri alsa, ABŞ ona qarşı sanksiyalar tətbiq edəcək.

Bu barədə informasiyanı “Habertürk” qəzeti yayıb. Qəzetin mənbəyi Ankaranın addımının onun NATO ilə birliyinə mənfi təsir göstərə biləcəyini deyib:

“Əgər Türkiyə S-400-dən əl çəkməsə, Konqresin qəbul etdiyi CAATSA qanunu Ankaraya qarşı tətbiq oluna bilər. Biz Türkiyəyə ən yaxşı alternativ tapmaq, özünün hava hücumundan müdafiə ilə bağlı tələbatını ödəməsi üçün yardım etmək istəyirik”.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Reks Tillerson da Ankarada CAATSA qanununun Türkiyəyə tətbiq oluna biləcəyini söyləmişdi/Axar.az.