XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

27 Fevral 2018 - 13:02

Novruz bayramında əfv olmayacaq:"Müraciətlər çoxdur, hamısını çatdırmaq mümkün deyil"

Əfv Məsələləri Komissiyası bu həftə yenidən toplanacaq.

Strateq.az xəbər verir ki, bu barədə Modern.az-a Komissiyanın üzvü Rəşad Məcid bildirib. R.Məcid deyib ki, daxil olan müraciətlər həddindən çoxdur: "Müraciətlər daxil olmaqda davam edir. Komissiya və Katiblik gərgin olaraq çalışır”.

Onun sözlərinə görə, növbəti əfv sərəncamının prezident tərəfindən mayda imzalanacağı gözlənilir: "Müraciətlər çox olduğundan hamısını Novruz bayramına qədər araşdırmaq mümkün olmayacaq. Çox güman ki, əfv sərəncamı ölkə rəhbəri tərəfindən mayda imzalanacaq”.