XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 February 2018 - 15:51

Saakaşvilinin tərəfdarları polislə toqquşdu, yaralılar var –VİDEO

Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarları ilə Ukrayna polisi arasında toqquşma baş verib.

Hadisə Ali Rada önündə baş verib.

İnsident zamanı çox sayda insan yaralanıb.

Ukrayna Daxili İşlər Nazirliyinin nümayəndəsi Zoryan Şkiryak hadisə ilə bağlı rəsmi açıqlama verib.

O bildirib ki, hadisə zamanı azı 10 təhlükəsizlik işçisi yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Şkiryak etirazçıların dəmir dəyənəklərdən, şüşə butulkalardan istifadə etdiyini bildirib: "Təhlükəsizlik işçilərinin asayişi bərpa etmə cəhdi zamanı 11 etirazçı yaralanıb".

Teleqraf.com