XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

27 Fevral 2018 - 16:30

Prezident İlham Əliyevin namizədliyi qeydə alındı –42 min imza ilə

Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülən İlham Əliyevin namizədliyini qeyd alıb.

Bu barədə qərar bu gün MSK-nın iclasında qəbul edilib.

İclasda nəzərə çatdırılıb ki, 900 imza vərəqində təqdim edilən 45 min imzadan 42 min imza yoxlanılıb və bu imzalar etibarlı olub. Seçki Məcəlləsinə əsasən 42 min etibarlı imza İlham Əliyevin namizədliyinin qeydə alınması üçün yetərli olduğundan yoxlama prosesi dayandırılıb.

Çıxışlardan sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Bununla, İlham Əliyev rəsmən qeydə alınan ilk prezidentliyə namizəd olub.