XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 February 2018 - 17:24

“BFV türklərin ciddi olduğunu görüb, pulu almaqdan imtina etdi” –Ərdoğan

“Türkiyənin Beynəlxalq Valyuta Fonduna borcu yoxdur”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairdə Türkiyə-Əlcəzair Biznes Forumunda bildirib.

“2002-ci ildə Beynəlxalq Valyuta Fonduna 22,5 milyard dollar borcumuz var idi. 2013-cü ildə bunu sıfıra endirdik. Bundan sonra BVF bizdən 5 milyard dollar borc istədi. Mən də dedim verin. BFV bu məsələdə türklərin ciddi olduğunu görüb pulu almaqdan imtina etdi”, – o qeyd edib.

Ərdoğan deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard dollardır: "Bu, çox azdır. Yaxın illərdə bu rəqəmi 5 milyard dollara çatdırmaq, daha sonra isə bu göstəricini yüksəltmək niyyətindəyik".

Report