XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

28 Fevral 2018 - 14:16

Türkiyə Çexiyaya etiraz notası göndərib- YPG/PKK terrorçusunun azadlığa buraxılması ilə bağlı

YPG terror təşkilatının lideri, Ankaranın tələbi ilə İnterpol tərəfindən yazılmış order əsasında ötən şənbə günü Praqada saxlanılmış Salih Müslimin azadlığa buraxılması ilə əlaqədar, Türkiyə Çexiyaya etiraz notası göndərib.

Azərtac bildirir ki, Çexiyanın ÇTK informasiya agentliyi bu haqda Türkiyə nəşrlərinə istinadla məlumat yayıb.

Praqa şəhər məhkəməsinin verdiktinə əsasən Salih Müslim istintaq təcridxanasına göndərilməyib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu haqlı olaraq bu verdikti “qalmaqallı hüquq pozuntusu” adlandırıb. “Turk Time” qəzeti öz portalında Türkiyə Xarici Siyasət İdarəsinin rəhbərinin bu sözlərini sitat gətirib: “Müslim bizim nəzərimizdə terrorçudur, terror şəbəkəsinin rəhbəridir və bu həqiqəti heç nə dəyişə bilməz”.