XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

28 Fevral 2018 - 16:45

Türkiyədə gəmidə partlayış:1 nəfər ölüb, 1 nəfər yaralanıb

Türkiyənin Sinop limanında yük gəmisində partlayış baş verib. 

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, güclü fırtınanın səbəb olduğu partlayışda bir nəfər ölüb, bir nəfər yaralanıb. 

Lakin bu ilkin məlumatdır. Ölən və yaralananların sayının artacağı istisna deyil. 

Hadisə yerinə çoxlu sayda xilasedicilər və polis əməkdaşları cəlb edilib. 

Hələlik partlayışla bağlı rəsmi açıqlama verilməyib.