XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

01 Mart 2018 - 10:17

Moskvanın eks-merindən Qorbaçova sərt ittihamlar:"Rusiya məhkəmələri onun fəaliyyətlərinə hüquqi qiymət verməlidir"

"Rusiya məhkəmələri SSRİ-nin son prezidenti Mixail Qorbaçovun fəaliyyətlərinə hüquqi qiymət verməlidir".

Bunu “Nezavisimaya qazeta”ya müsahibəsində Moskvanın eks-meri Yuri Lujkov söyləyib

“Qorbaçov saatlarla mənasız danışmaq imkanına sahib idi. Qorbaçov Marqaret Tetçer və Helmut Kolla oynayırdı. Onun əmri ilə Rusiyadan Barens dənizindəki böyük ərazilər qoparıldı. Onun bu cür antidövlət, millətinə qarşı satqınlıq faktları çoxdur.

Bavariyada olanda bələdçimiz dedi ki, burada Qorbaçov və Şevardnadzeyə bağışlanan iki villa var. Bu villaların alındığı pullar əslində Almaniya Demokratik Respublikasından çıxarılacaq sovet əsgərlərinin təminatının ödənilməsinə yönəlməli idi. Bu pulları ölkə əldə etmədi”, – deyə o, bildirib/Axar.az.