XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Mart 2018 - 18:45

Sosial təminat müəssisələrinin işçilərinin də maaşı qalxdı –Sərəncam

Prezident İlham Əliyev bu gün sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında da sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, sosial təminat müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.