XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

02 Mart 2018 - 02:39

Trampdan müttəfiqlərini və rəqiblərini qəzəbləndirən addım –İlk etirazlar Avropa və Kanadadan gəldi

ABŞ prezidenti Donald Trampın polad və alüminium idxalına rüsum qoyulacağına dair bəyanatı dünya boyunca ABŞ-ın rəqib və müttəfiqlərinin güclü etirazlarına səbəb olub.

Tramp martın 1-də elan edib ki, o, gələn həftə “qeyri-müəyyən müddətdə” idxal olunan polada 25, alüminiuma isə 10 faizlik rüsum qoyulması tədbirinin tətbiqi barədə fərman imzalayacaq.

Tramp Ağ Evdə metallurgiya sənayesinin rəhbərləri ilə görüşündə deyib ki, “siz çox uzun müddətdə ilk dəfə olaraq himayə olunacaqsınız”.

Xüsusilə də Çindən gələn xarici məhsullar metal qiymətlərini ucuzlaşdıraraq, ABŞ istehsalçılarının mənfəətini azaldıb.

Bu tədbir Trampın beynəlxalq ticarəti Birləşmiş Ştatlar üçün daha sərfəli edəcəyi barədə vədinə tam uyğundur.

O bildirib ki, özünün “Əvvəlcə Amerika” prinsipi ilə bir çox qlobal ticarət sazişlərini ləğv edəcək və ya yeni sazişlər üçün danışıqlara başlayacaq.

Bu hadisə ilə bağlı Çindən hələlik reaksiya olmayıb.

Lakin Avropa Komissiyasının prezidenti Jan Klod Yunker deyib ki, Avropa İttifaqı “bu addımla bağlı güclü təəssüf hissi keçirir”. O bidlirib ki, Avropa İttifaqı “öz maraqlarını müdafiə etmək üçün bu addıma güclü və adekvat reaksiya verəcək”.

Yunker deyib ki, Komissiya qarşıdan gələn bir neçə gündə Dünya Ticarət Təşkilatlına (DTT) situasiyanın tarazlığını bərpa etmək məqsədilə ABŞ-a qarşı əks-tədbirlər təklifi verəcək.

Yunker bunu da deyib ki, rüsumların qoyulması DTT-nin qaydalarına görə qanunsuzdur.

Hətta ABŞ-ın ən yaxın qonşusu və müttəfiqi və onun ən böyük metal və alüminium təchizatçısı Kanada Trampın addımı ilə bağlı qəzəbini ifadə edib.

Kanadanın ticarət naziri Frensis-Filip Çampaqni parlamentə deyib ki, “bizim Kanada polad və alüminium sənayemizə hər hansı rüsum və kvotaların qoyulması qeyri-məqbuldur”.

azadliq.org