XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

04 Mart 2018 - 23:01

Trampla Tereza Meydən Rusiya və Əsəd rejiminə qarşı yeni həmlə –İki dövlət Suriya ilə bağlı razılaşdı

Bu gün ABŞ prezidenti Trampla Böyük Britaniyanın Baş naziri Tereza Mey arasında telefon danışığı olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti yazılı açıqlama yayıb.

Bildirilib ki, telefon danışığında əsasən Suriyanın Şərqi Quta şəhərindəki durum müzakirə olunub.

Müzakirədə orada humanitar fəlakət yaşandığı bildirilərək, yüzlərlə insanın ölümündə Suriyanın hazırkı rejimi ilə Rusiya günahkar elan edilib: "Tramp və Tereza Mey Suriya rejimi üzərində ciddi təsirə sahib olan ölkələrə birgə təzyiq vasitələrini işə salmaqla yanaşı, Şərqi Qutada atəşin dərhal dayandırılmasına nail olmaq üçün bütün lazımi addımların dərhal atılmasına qərar veriblər".

Görüşdə Tereza Mey ABŞ-ın dəmir və alüminum məhsullarına vergi və gömrük rüsumlarını artıracağından narahat olduğunu da Trampın diqqətinə çatdırıb.

Strateq.az