XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 Mart 2018 - 00:11

Türk ordusu 7 kəndi də PYD-dən təmizlədi, Cenderisi mühasirəyə aldı –Afrin əməliyyatı

Türkiyə ordusu "Zeytun budağı" əməliyyatının 44-cü günü Afrində Şeyx Hadid bölgə mərkəzini, o cümlədən Hacı Xəlil, Halilo, Kura, Aranda, Soğulcak və Bafliun kəndlərini də PYD/YPG-dən azad edib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla da Türkiyə ilə həmsərhəd olan və hazırda PYD/YPG-nin işğalında olan Cenderisə gedən yol da türk ordusunun nəzarətinə keçib: "Bu o deməkdir ki, mühasirədə olan Cenderisə YPG/PYD kömək göndərə bilməyəcək və yaxın günlərdə bu bölgə də terrorçulardan təmizlənəcək".

Son məlumata görə, bu günə qədər 2668 terrorçu məhv edilib.

Strateq.az