XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

06 Mart 2018 - 10:11

Türk ordusu daha 5 kəndi və 3 təpəni YPG-dən təmizlədi –2795 terrorçu məhv edilib

Türkiyə ordusu iki gündür mühasirədə saxladığı Afrinin Cinderes bölgəsinə bomba yağdırır.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk toplarının bombardmanından sonra Cinderesdən qalxan dumanlar Hatayın Reyhanlı rayonunda da görülüb: "Afrin mərkəzinə doğru hücuma başlamaq üçün strateji hədəfə çevrilən bu bölgə mərkəzinin ətraf kəndləri tam ələ keçirilib. Artıq Cinderesdən Afrin mərkəzinə gedən yollara qədər Türkiyə ordusunun nəzarətindədir".

Məlumata görə, dünən Türkiyə ordusu ilə Azad Suriya Ordusu (ASO) Afrinin şimal-qərbində Şeran bölgəsi ilə Meydanki Barajının çevrəsində də dünən yeni əməliyyata başlayıb: "Dünən gecəyə yaxın Şeran bölgəsində yerləşən Fitera təpəsi və ətrafındakı 3 təpə PYD-dən azad olunub. Bununla da bu bölgə mərkəzi də 3 istiqamətdən mühasirəyə alınıb. Afrin mərkəzinə 11 km məsafədə olan Meydanki Barajı ətrafında gedən döyüşlərdən sonra Alcıya və Balsulak kəndləri də terrorçulardan təmizlənib. Gecə saatlarında isə daha üç kənd – Karakin, Göbələk və Kureybedə ələ keçirilb".

Məlumata görə,  ümumilikdə əməliyyat başlayandan bu yana 3 bölgə mərkəzi, 114 kənd olmaqla, PYD/YPG-dən 144 hədəf təmizlənib: "Məhv eidlən terrorçuların sayı isə 2795-ə çatıb".

Strateq.az