Terrorçu PKK/YPG-PYD-nin başqa ad altında fəaliyyət göstərən "Suriya Demokratik Qüvvələri"nə (SDQ) bağlı 1700 terrorçu Afrinə göndərilib.
Bu barədə "Suriya Demokratik Qüvvələri"nin təmsilçisi bildirib.
Qeyd edək ki, ABŞ SDQ-ni terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə üçün hazırladığını bildirir. Rəsmi Ankaranın YPG və PYD-ni ABŞ-ın silahlandırması ilə bağlı etirazlarına cavab olaraq rəsmi Vaşinqton, bir qayda olaraq, SDQ ilə İŞİD-ə qarşı mübarizədə əməkdaşlıq etdiyini bildirir.
Xatırladaq ki, martın 6-da Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusunun Afrində birgə apardığı “Zeytun budağı” əməliyyatı nəticəsində 2878 terroçu zərərsizləşdirilib/Report.