XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

06 Mart 2018 - 19:28

Çavuşoğlu almaniyalı həmkarı ilə mətbuat konfransı keçirdi:"Türkiyə Salih Müslümlə bağlı bizə şifahi nota verib”

“Suriyanın ərazi bütövlüyü çox əhəmiyyətlidir və bu məsələdə Türkiyə ilə Almaniya eyni mövqedən çıxış edirlər”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniya səfəri zamanı almaniyalı həmkarı Ziqmar Qabriellə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Nazirlərin görüşündə Suriyadakı vəziyyət, BMT Təhlükəsizlik Şurasının atəşkəslə bağlı qəbul etdiyi qərar müzakirə olunub.

Z.Qabriel PKK/YPG-PYD-nin liderlərindən biri olan Salih Müslümün Türkiyəyə təhvil verilməsi ilə bağlı suala cavab olaraq deyib ki, tələb Almaniyanın Ədliyyə Nazirliyinə təqdim olunub: “Məsələnin hüquqi tərəfi araşdırılacaq. Türkiyə bizə şifahi nota verib”.

Z.Qabriel Almaniya vətəndaşlarının Türkiyəyə səyahətindən və bu il onların sayının artacağından da danışıb: “Almaniya turistləri Türkiyə üçün darıxıb. Almaniya Xarici İşlər Nazirliyinin Türkiyəyə səyahətlə bağlı xəbərdarlığını nəzərdən keçirməsində fayda var. Vətəndaşlarımıza edilən sonuncu xəbərdarlıq isə Türkiyədəki gerçəklikləri əks etdirmir”.

M.Çavuşoğlu isə, öz növbəsində, bildirib ki, Türkiyə dünyanın ən gözəl ölkələrindəndir: "Əlbəttə, almanlar Türkiyədə tətil keçirməkdən məhrum edilməyəcək”.

Report