XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Mart 2018 - 22:42

Rusiyadan qəzaya uğrayan təyyarə ilə bağlı ilkin açıqlama:"İçində 39 əsgər olub, təyyarəyə hər hansı nöqtədən atəş açılmayıb"

AN-26 təyyarəsinin Hmeymim aviabazasına enişi zamanı qəzaya uğraması nəticəsində ölən 39 nəfərdən hamısı hərbçilərdir.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“İlkin ehtimala görə, qəzaya səbəb texniki nasazlıqdır. Təyyarəyə hər hansı nöqtədən atəş açılmayıb. Ölən əsgərlərin ailələrinə hər cür yardım ediləcək”, – məlumatda bildirilib.

Qeyd edək ki, bir neçə saat əvvəl Rusiyaya məxsus An-26 təyyarəsinin Hmeymimə eniş zamanı qəzaya uğrayıb.

İlkin məlumatda 32 nəfərin öldüyü bildirilmişdi/Axar.az.