Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.
Strateq.az Qafqazinfo-ya istinadən bildirir ki, prezident İlham Əliyev ailə üzvləri ilə adət-ənənələrimizə uyğun olaraq tonqal ətrafında toplaşıblar.
Tonqal ətrafına yığışan ailənin şəkilləri sosial şəbəkədə paylaşılıb.
Fotolarda birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev, Leyla Əliyeva və onun uşaqları da yer alıb.