XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

07 Mart 2018 - 15:53

Əhaliyə xəbərdarlıq edildi- Dəm qazından zəhərlənmələrin qarşısının alınması ilə bağlı

"Bu ilin yanvar ayında 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 18 nəfər, fevral ayında 20 nəfər, mart ayında isə 6 nəfər dəm qazı zəhərlənmələri ilə daxil olub".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şöbənin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dəm qazı zəhərlənməsi ilə bağlı müraciət edən xəstələrin 70 faizi qadınlardır: "Yanvar ayında 2, fevralda 3, martda isə cəmi 1 uşaq dəm qazından zəhərlənib. Bu günə şöbədə qalan xəstə yoxdur. Həmçinin bu müddət ərzində şöbədə ölüm faktı qeydə alınmayıb".

A.Maqsudov qeyd edib ki, fevral ayında 2 nəfər sirkə turşusu, 11 nəfər kəskin allergik reaksiya ilə şöbəyə daxil olub, bunların da çoxu dərman qəbulundan sonra baş verib: "Hər gün də olmasa, bir gündən bir 6-7 nəfər spirtli içki ilə bağlı müraciət edirlər".

Şöbə müdiri dəm qazından zəhərlənmələrin qarşısını almaq üçün əhaliyə xəbərdarlıq da edib: "Harada qaz cihazı varsa, onda diqqətli olmalı, qaydalara riayət edilməlidir. Əgər xəstənin huşu özündədirsə,  onu təmiz havaya çıxarmaq lazımdır. Dəm qazı zəhərlənmələri, əsasən, hamam otağında baş verir. Bundan başqa, həmin insanın bədən hərarəti düşdüyündən üstünü örtmək və isti su vermək lazımdır. Huşu üzərində olmayan insanların ağız boşluğunu açaraq nəfəs yollarının açılması üçün seliyi təmizləmək lazımdır. Dəm qazı zəhərlənmələrinin qarşısını almaq mümkündür. Qaz cihazlarında işarə verən xüsusi qurğular var. Onlar qaz cihazlarına yerləşdirilsə, dəm qazı əmələ gələndə işarə verir və qaz verilişi dayanır".