XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 March 2018 - 10:16

İki ölkənin sabiq prezidentləri saxlanıldı –Kubada sensasion olay

Kubanın paytaxtı Havananın beynəlxalq aeroportunda Kolumbiya və Boliviyanın sabiq prezidentləri Andres Pastaranu və Xorxe Kiroqu saxlanılaraq ölkədən xaric edilib.

Bu barədə yerli "Prensa Latina" agentliyi məlumat yayıb.

"Kuba ölkə əleyhinə təxribata cəlb edilmiş Kolumbiya və Boliviyanın keçmiş prezidentləri Andres Pastrana və Xorxe Kiroqanın ölkəyə girişinə icazə verməyib", – deyə məlumatda bildirilir.

Sabiq prezidentlərin Kubaya Boqotadan, əks-inqilabçı qruplar tərəfindən verilən mükafatları almaq üçün gəldikləri bildirilir.

Onlar martın 8-də Kubanın "Latın Amerikasının demokratiya naminə gənclər şəbəkəsi" dissident təşkilatın təqdim etdiyi mükafatların verilmə mərsimində iştirak etməyi planlaşdırıblar/Report