XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

08 Mart 2018 - 10:50

 “Azərenerji” “Fitch”lə əməkdaşlığa xitam verib –İlginc səbəb

 “Azərenerji” ASC "Fitch" Beynəlxalq Reytinq Agentliyi ilə əməkdaşlığına xitam verib.

Agentlik reytinqin geri çağırılmasının kommersiya məqsədləri ilə əlaqədar olduğunu açıqlayıb.

“Azərenerji”nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı “Report”a açıqlamasında faktı təsdiqləyib. 

Onun sözlərinə görə, təmsil etdiyi qurum indiki halda “Fitch”lə əməkdaşlıqda effekt görmür: “Biz "Fitch" Beynəlxalq Reytinq Agentliyi ilə müqaviləyə xitam vermişik. “Azərenerji”nin beynəlxalq təşkilatlarla uzunmüddətli əməkdaşlığı onun reytinqinin yüksəldilməsində özünü göstərib. Artıq monitorinq aparan bir neçə beynəlxalq təşkilatla işləməyi çox da effektiv hesab etmirik. Amma gələcəkdə əməkdaşlıq məsələlərinə yenidən baxmaq olar”.

Xatırladaq ki, hazırda “Azərenerji” yalnız “Standard&Poors” (S&P) Beynəlxalq Reytinq Agentliyi ilə əməkdaşlıq edir.