Türkiyə ordusu Azad Suriya Ordusu ilə birlikdə Afrində daha iki kəndi PYD/YPG terrorçularından azad edib.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Afrin əməliyyatının 48-ci günündə Kafr Cenne və Maçale kəndləri də terrorçulardan təmizlənib: "Artıq Türkiyə ordusu Afrinin mərkəzinə 7 kilometrlik məsafəyə çatıb. Hazırda ərazidə terrorçuların basdırdığı müxtəlif markalı minaların təmizlənməsi ilə yanaşı, digər bölgələrin də azad olunması istiqamətində əməliyyat planlandığı şəkildə davam edir".
Məlumata görə, bu günədək 3055 terrorçu da məhv edilib.