XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

08 Mart 2018 - 12:42

NATO-dan S-400-lə bağlı Türkiyəyə etiraz:"Ruslar mühüm kəşfiyyat məlumatlarına giriş əldə edə bilər"

"Türkiyənin S-400 zenit raket kompleksləri alması NATO-nu ciddi şəkildə narahat edir".

Bunu jurnalistlərə açıqlamasında NATO Hərbi Komitəsinin rəhbəri Pyotr Pavel söyləyib. Onun sözlərinə görə, S-400 NATO texnologiyalarına uyğun gəlmir:

"Buna görə də Rusiya kompleksləri alyansın havadan müdafiə sisteminə inteqrasiya edilməyəcək, əksinə ayrıca vahid kimi istifadə olunacaq. Əsas problem operativ informasiyalarla bağlıdır. Belə ki, NATO-ya aid olan informasiyalar Rusiyanın sistemlərində qalacaq. Digər tərəfdən S-400-ün istifadəsi üçün müəyyən hazırlıq lazımdır. Buna görə də rusiyalı mütəxəssislər Türkiyəyə gələcək. Bu ekspertlər mühüm kəşfiyyat məlumatlarına giriş əldə edə bilərlər. Bu isə sonda Rusiya hökumətinə təqdim edilə bilər".

Axar.az