"İsraillə Türkiyə arasında qaz kəmərinin çəkilişi ilə bağlı danışıqlar gedir".
Bunu jurnalistlərə açıqlamasında İsrailin Energetika naziri Yuval Ştaynits söyləyib. Onun sözlərinə görə, hələlik tərəflər arasında heç bir razılaşma imzalanmayıb:
"Hələlik İsraildən Türkiyəyə gedəcək qaz kəməri ilə bağlı heç bir razılaşmamız yoxdur. Danışıqlar dostluq çərçivəsində aparılır. Siz bilirsiniz ki, biznes-sektor və hökumətlər arasındakı danışıqlar üçün müəyyən zaman lazımdır".
Qeyd edək ki, İsrail öz qaz kəmərini Türkiyə vasitəsilə Avropaya çatdırmaq istəyir. Rəsmi Təl-Əviv alternativ variant kimi Cənubi Kipr və Yunanıstanı planlaşdırır/Axar.az.