XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

08 Mart 2018 - 17:31

“Türkiyə PYD-ni təsir gücü 4 dəfə artırılmış ÇNRA raketləri ilə vuracaq” –Xəbərdarlıq + FOTO

Türkiyə Silahlı Qüvvələri təsir gücü 4 dəfə artırılmış ÇNRA raketlərini bu ay Afrin əməliyyatlarına cəlb edəcək.

Bu barədə Türkiyə Müdafiə naziri Nurəddin Canikli məlumat yayıb.

O bildirib ki, modernləşdirilmiş ÇNRA-lardan ilk dəfə bu ay “Zeytun budağı” əməliyyatlarında istifadə ediləcək.

Qeyd edək ki, Türkiyə ordusu daha əvvəl Kilis sərhədində yerləşdirilən ÇNRA raketlərindən YPG hədəflərini vurmuşdu. Yeni, modernləşdirilmiş ÇNRA-ların Afrində davamlı olaraq istifadə ediləcəyi deyilir/Axar.az.