XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

08 Mart 2018 - 19:12

Belarusda icra edilən ölüm hökmü… –AŞPA bəyanat yaydı, faktı pislədi

Avropa Şurası Parlament Assembleyası (AŞPA) Belarusda icra edilən sonuncu ölüm hökmünü pisləyən bəyanat yayıb.

Trend-in məlumatına görə, ölüm hökmü öz uşaqlarını qətlə yetirən Kirill Kazaçkaya qarşı tətbiq olunub. Hökm 2017-ci ilin oktyabrında icra edilsə də, yerli hüquq müdafiəçiləri bundan indi xəbər tutub.

AŞPA-nın bəyanatında deyilir ki, Belarusda istənilən maddə ilə ölüm cəzasının tətbiqi pislənilir.

Qurum Belarus hakimiyyətini gələcəkdə belə addımlardan çəkinməyə çağırıb.

Qeyd edək ki, Belarus ölüm hökmü qüvvədə olan yeganə Avropa ölkəsidir. 1996-cı ildə keçirilən ümumxalq səsverməsi zamanı 80,5 faiz səslə ölüm cəzası qüvvədə qalıb.

Statistikaya əsasən, ötən il Belarusda 5 ölüm hökmü icra edilib.