XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2018 - 10:37

Trampla Kim Çen Inın tarixi görüşü planlaşdırılır –ABŞ prezidenti Şimali Koreya liderinin təklifini qəbul etdi

Prezident Donald Tramp Şimali Koreya diktatoru Kim Çen Inın danışıqlarla bağlı dəvətini qəbul edib.

Bu barədə Ağ Ev məlumat yayıb. Lakin Pxenyana qarşı bütün sanksiyalar qüvvədə qalacaq. Kim Cənubi Koreya milli təhlükəsizlik müşaviri Çanq Eu-yonq vasitəsilə Trampla görüşmək arzusunu ifadə edib. Çanq bu tarixi açıqlamanı Ağ Evin qarşısında verib.

Ağ Evin mətbuat katibi Sara Hakabi Sanders tvitterdə yazıb ki, Tramp və Kimin görüşəcəyi vaxt və məkan müəyyən ediləcək: “Biz Şimali Koreyanın nüvəsizləşdirilməsinə can atırıq. Bu arada isə bütün sanksiyalar və maksimum təzyiq qalmalıdır,” -Sanders bildirib.

Çanq qısaca Ağ Evin qarşısına çıxaraq Kimin Trampla tezliklə görüşməyə can atdığını bildirib. O, həmçinin deyib ki, Kim nüvə və raket sınaqlarından çəkinməyə öhdəlik götürüb. Çanqın sözlərinə görə Tramp Kimlə mayadək görüşmək istədiyini bildirib.

“Kim Çen In Cənubi Koreya nümayəndələri ilə nüvəsizləşdirilmədən danışıb, təkcə dondurmaqdan yox. Həmçinin bu periodda Şimali Koreya heç bir raket sınağı keçirməməlidir. Böyük irəliləyiş əldə olunur, ancaq sanksiyalar razılıq əldə olunanadək qüvvədə qalacaq. Görüş planlaşdırılır,” – deyə Tramp Tvitter mesajında bəyan edib.

Cənubi Koreya rəsmisi həmçinin elan edib ki, ABŞ-Cənubi Koreya hərbi təlimləri plana uyğun olaraq aprel ayında keçiriləcək, və Kim dərk edir ki, bu təlimlər davam etməlidir. Çanq Vaşinqtona ABŞ rəsmilərini bu həftə Pxenyanda Kimlə görüşləri haqda məlumatlandırmaq məqsədilə gəlib. (Amerikanın Səsi)