XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

16 Aprel 2015 - 11:57

Nazarbayevdən Türkiyəyə sensasion çağırış: “”Putin İttifaqı”na qoşulun!”

Avrasiya İqtisadi Birliyi Türkiyə üçün türk biznesinin yeni bazarlara çıxmasına imkanlar açacaq.
Bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğanla danışıqların yekununda bildirib: “Qazaxıstan Türkiyə vasitəsilə Avropa və Yaxın Şərqə çıxa bilər. Avrasiya İqtisadi Birliyi türk biznesinə yeni bazarlara çıxmağa yol açır”.
Onun sözlərinə görə, hər iki ölkə əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir. Bununla əlaqədar Qazaxıstan prezidenti türk biznesini “Nurlı jol” infrastruktur layihəsinin və respublika sənayesinin inkişafı üçün təşəbbüslərin həyata keçirilməsində iştiraka dəvət edib.
Eyni zamanda Qazaxıstan rəhbəri Türkiyə ilə qarşılıqlı ticarətin həcminin azaldığını vurğulayıb:
“ötən il iki ölkə arasında ticarət dövriyyəsi 3,5 mlrd dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə azdır. Lakin bu dünya böhranının təsiri üzündən baş verir”.
oxu.az