Şimali Koreya ilə razılaşmanın əldə olunması bütün dünya üçün vacibdir.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.
Tramp bildirib: "Şimali Koreya ilə razılaşma prosesdədir və əgər razılaşma əldə olunarsa, bu, dünya üçün çox yaxşı razılaşma olacaq. Vaxt və yer müəyyən edilməlidir".