Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləyə ehtiyacı yoxdur.
Bunu Rusiya Prezidenti Vladimir Putin NBC telekanalına müsahibəsində ölkəsinin ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı suala cavabında bildirib.
“Müdaxilə ilə hansısa məqsədə nail ola biləcəyimizi düşünmürəm. Məqsəd yoxdur. Gəlin, hədəfin nə olacağını təsəvvür edək. Nəyə görə? Müdaxilənin özü üçün?”, – deyə Rusiya Prezidenti əlavə edib.
Donald Trampla münasibətlərinə dair suala cavabında isə Putin qeyd edib ki, ABŞ Prezidenti Vaşinqton və Moskva arasında münasibətlərin normallaşmasını istəyir, lakin ona mane olanlar var/Azərtac.