XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

10 Mart 2018 - 13:34

Mətbuat Şurası İdarə Heyətinin üzvləri və sədri seçilib- SİYAHI

Azərbaycan Mətbuat Şurasının (MŞ) VII qurultayında Şuranın sədri seçilib. 

“Report”un xəbərinə görə, qurultayda səsvermə ilə MŞ sədri vəzifəsinə növbəti dəfə  Əflatun Amaşov seçilib.

Bundan başqa, səsvermənin nəticələrinə əsasən, Şuranın İdarə Heyətinə 11 jurnalist (Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Aynur Camalqızı, Bəxtiyar Sadıqov, Bahəddin Həziyev), 7 ictimaiyyət nümayəndəsi (Vüqar Səfərli, Müşfiq Ələsgərli, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babaoğlu, İlham İsmayılov, Yadigar Məmmədli) 5 internet informasiya resursu təmsilçisi (Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov) seçilib.

Qurultay işini davam etdirir.

Xatırladaq ki, qurultayda Mətbuat Şurasının Nizamnaməsinə İdarə Heyətinin tərkibinin genişləndirilməsi ilə bağlı dəyişiklik edilib. Dəyişikliklə üzvlərin sayı 17-dən 23-ə çatdırılıb.