XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

10 Mart 2018 - 22:00

Ərdoğan tərəfdarlarını “bozqurd” işarəsi ilə salamladı, Suriyadakı hədəfi açıqladı:"Harada terrorçu varsa, biz ordayıq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün partiyasının Mersindəki toplantısında hamını təəccübləndirən hərəkət edib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, tərəfdarlarını "bozqurd" işarəsi ilə salamlayıb.

Prezidentin bu hərəkəti onun MHP ilə seçki ittifaqı kimi yozulsa da, hər halda onun belə işarə ilə tərəfdarlarını salamlaması böyük maraq doğurub.

Qeyd edək ki, həmin toplantıda Ərdoğan NATO-nu mütəffəqilik sazişinə əməl etməməkdə günahlandırıb. O, eyni zamanda Afrin əməliyyatı ilə bağlı Qərbə növbəti dəfə mesajlar verib.

Bildirib ki, hazırda Suriyada 850 km-lik ərazi Türkiyənin nəzarəti altındadır: "Hədəfimiz bu nəzarəti 2 min km-ə qədər uzatmaqdır. Gerisinə sonra baxarıq. Ona da davam edəcəyik, bunun hesabını da ayrı aparırıq. Niyə? Çünki bizim dərdimiz topraqlar deyil, bizim dərdimiz oradaki terroristlərin təmizlənməsidir. Harada terrorçu varsa, biz ordayıq".